Redaksiya

Redaksiyanın fəaliyyət istiqamətləri:

- Mərkəzdə hazırlanmış kitabların nəşri və yayılması;
- Mərkəzin rüblük orqanı olan "Bülleten"in nəşri və yayılması;
- Mərkəzin mətbuat xidməti funksiyalarının həyata keçirilməsi;
- Mərkəzin təbliği ilə əlaqədar nformasiyaların toplanması və sistemləşdirilməsi.

Baş redaktor:

Səfalı Avdal oğlu Nəzərli

Redaktorlar:

Flora Aslan qızı Məmmədova
Mirbəşir Cabbar oğlu Cabbarov

Səfalı Avdal oğlu NƏZƏRLİ - 31.01.1949-cu ildə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli (indiki Baqrataşen) kəndində doğulmuşdur. Ali təhsillidir. Ailəlidir. 3 övladı var.

Təhsili: 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində oxumuşdur.
1985-1986-Az.KP MK yanında Marksizm-leninizm Universiteti.

Əmək fəaliyyəti:
2002-ci ilin yanvarından Atatürk Mərkəzinin baş redaktorudur.
2002-ci ildən AzAtaM-ın "Bülleten"inin məsul katibi
1993-1994 - "Yeni əsr" qəzetinin baş redaktoru.
1993-2001 - "Göytürk" şirkətində baş redaktor - direktor müavini
1983-1993 - "İşıq" nəşriyyatında baş redaktor, direktor
1981-1983 - Azərkitabda rəis müavini, rəis
1975-1981 - Azərnəşrdə korrektor, redaktor

Çap olunmuş əsərləri:
"Yurdum-yuvam Ləmbəli". Bakı, 2004.
"Heydər Əliyev Atatürk haqqında", Bakı., 2003.
"Alo, Körpülü", Bakı, 2001.
"Alo, Ləmbəli"., Bakı, 2001.
"Azərbaycanın və Dağıstanın böyük oğlu", (Azərbaycan və rus dillərində), Bakı, 2000.
"Qiyamətə qalmayan qisas", Bakı, 1999.
"Dəniz səyyahı Sindbadın nağılı", V., 1995.
"Şirin-şəkər balamız", Bakı, 1985.
"Bozalqanlının ulduzu", Bakı, 1984.

Flora Aslan qızı MƏMMƏDOVA - 15.09.1944-cü ildə Qərbi Azərbaycanın Mığrı rayonunun Lök kəndində doğulmuşdur. Ali təhsillidir.

Təhsili:
1966-1970-APİ-nin Fizika fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2003-cü ildən bugünədək Mərkəzin redaktoru işləyir.
1984-2003- 1 saylı məktəbdə müəllimə;
1976-1984-C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri;
1971-1976 - orta məktəbdə müəllimə;

Mirbəşir Cabbar oğlu CABBAROV - 24.11.1951-ci ildə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur.

Təhsili:
1973-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində oxumuşdur.

Əmək fəaliyyəti:
2003-cü ildən Azərbaycanda Atatürk Mərkəzində redaktor vəzifəsində işləyir.
1987-ci ildən1990-cı ilə kimi "Elm və Həyat" jurnalında xüsusi müxbir;
1990-cı ildən 1994-cü ilə kimi "Mərhəmət" jurnalında şöbə müdiri;
1994-1998-ci illər "Qafqaz" qəzetində baş redaktor işləmsişdir.