Azərbaycanda Atatürk Mərkəzinin Fəxri sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərcümeyi-halı

(Mənbə: www.ilham-aliyev.org)
İlham Heydər oğlu Əliyev 24 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alıb.
Məktəbi bitirdikdən sonra, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBM) qəbul olub.
MDBM-ni bitirdikdən sonra, 1982-ci ildə onun Beynəlxalq Münasibətlər kafedrasının aspirantu-rasına daxil olub.
Aspirantura təhsilini bitirdikdən sonra, 1985-ci ildə Tarix və Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsini alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasi-bətlər kafedrasında müəllim işləyib.
1991-1994-cü illərdə Moskva və İstanbulda kommersiya fəaliyyəti ilə məşğul olub.
1994-cü ilin may ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I-ci vitse-prezidentidir.
1995-2000-ci il parlament seçkilərində Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib.
1999-cu ilin dekabr ayında Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildən isə sədrin I-ci müavini seçilib.
1997-ci ildən etibarən Milli Olimpiya Komitəsinin prezidentidir.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilmişdir.
2003-cü ilin 04 avqust tarixində Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də keçirildmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan, rus, ingilis və fransız dillərini mükəmməl bilir.
Evlidir. İki qızı və bir oğlu var.