Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Qulu oğlu Cəfərov

Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Qazax rayonunun Zəlimxan kəndində anadan olub. Filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001). 1998-2003-cü illərdə AAK Dilçilik üzrə ixtisaslaşmış doktorluq müdafiə şurasının sədri olmuş, 1997-ci ildən Azərbaycan Respublikası Təhsil nazirliyinin Elmi-metodik Şurasının, 2003-cü ildən AAK filologiya elmləri üzrə Ekspert Şurasının sədridir.
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.

Təhsili:
1982-1985- Azərbaycan (indiki BDU) Dövlət Universitetinin filologiya fakültəsinin aspirantı
1977-1982- Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2001-ci ildən indiyədək Azərbaycanda Atatürk Mərkəzinin müdiri
1994-2001- Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı
1991-1994- Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllim, professor
1987-1991- Azərbaycanın bir sıra mətbuat orqanlarında baş redaktor, redaktor, şöbə müdiri
1985-1987- Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi

Üzvü olduğu elmi təşkilatlar:
2001- Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Üzvü olduğu ictimai təşkilatlar:
2004- Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü
1997- Azərbaycan Yazıçılar Birliyi Məclisinin üzvü
1993- Azərbaycan Yazıçılar Birliyinin üzvü

Kitabları:
1. Klassiklərdən müasirlərə. Bakı, 2004.
2. Anar. Bakı, 2004.
3. Qədim türk ədəbiyyatı. Bakı, 2004
4. Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir. Bakı, 2002
5. Azərbaycanşünaslığa giriş. Bakı, 2002
6. Azərbaycan mədəniyyəti məsələləri. Bakı, 2000
7. Genezisdən tipologiyaya. Bakı, 1999
8. Eposdan kitaba. Bakı, 1999
9. Türk dünyası: xaos və kosmos. Bakı, 1998
10. "Koroğlu"nun poetikası. Bakı, 1997
11. Azərbaycan türkçəsinin milliləşməsi tarixi. Bakı, 1995

e-mail: n_ceferov@ataturk.az