İctimai-siyasi şöbə

Şöbənin fəaliyyət istiqamətləri:

-Türkiyə Respublikası və türksoylu xalqların tarixi, ictimai fikri, dövlətçilik ənənələri və ictimai-siyasi həyatının öyrənilməsi və təbliğ olunmas;
-Türksoylu xalqların içtimai fikir tarixində və mədəni inkşafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi ilə bağlı tədqiqatların aparılması.

Şöbə müdiri :

Samirə Rəhbər qızı Məmmədova

Elmi əməkdaşlar:

Əkbər Mehdi oğlu Yolçuyev,
Jalə Şaiq qızı Qurbanova,
Musa Abbas oğlu Piriyev

Samirə Rəhbər qızı Məmmədova - 12.11.1978-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
2004-cü ildən Bakı Slavyan Universiteti Türkologiya kafedrasının aspiranturasına daxil olmuş
1999-2001-ci illər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi (Magistratura)
1995-1999-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi (bakalavr).

Əmək fəaliyyəti:
2001-ci ilin dekabr ayından Mərkəzin dil, ədəbiyyat və mədəniyyət
şöbəsinin elmi əməkdaşı

Çap olunmuş əsərləri:
"Azərbaycan türkologiyası. 1920-1938" Biblioqrafiya (kollektiv), Bakı, AzAtaM, 2002.
"Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti araşdırmaları" 1941-2003. Biblioqrafiya. Bakı, AzAtaM, 2003;

e-mail: s_memmedova@ataturk.az

Əkbər Mehdi oğlu YOLÇUYEV (Ə.QOŞALI) - 03.04.1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində doğulmuşdur. Ali təhsillidir.

Təhsili:
1998-2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" ali peşə istiqaməti üzrə (ikinci) təhsil almışdır.
1990-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2002-ci ilin yanvarından AzAtaM-ın İctimai-siyasi şöbəsinin elmi əməkdaşı.
1998-ci ildən bu günə qədər Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı
1996-2001-ci illərdə Gənclər və İdman Nazirliyinin (indiki AGİTN) Gənclərlə İş üzrə Baş İdarəsinin İctimai-siyasi şöbəsində baş təlimatçı.

Çap olunmuş əsərləri:
-"Nursultan Nazarbayev", Bakı, AzAtaM, 2002,
-"Azərbaycan türkologiyası.1920-1938" Bibloqrafiya (kollektiv), Bakı, AzAtaM, 2002,
-"Türkün səsi" almanaxı, I, II, III, IV buraxılış,Bakı,1999-2003,
-"Ömür qoyub gedənlər", Bakı,1988,
-"Qar çiçəyi" almanaxı, Bakı, 1997.

Jalə Şaiq qızı QURBANOVA - 19.01.1981-ci ildə Qazax şəhərində doğulmuşdur.Ali təhsillidir.

Təhsili:
1996-2000-BDU-nun "Hüquq fakultəsi"ndə təhsil almışdır.

Çap olunmuş əsərləri:
-"Azərbaycan-Türkiyə münasibətləri.1920-1922" (həmmüəlif), Bakı, AzAtaM, 2002.

Əmək fəaliyyəti:
-2001-ci ilin dekabr ayından bu günədək Mərkəzin İctimai-siyasi şöbəsinin elmi əməkdaşdır.

Musa Abbas oğlu PİRİYEV - 22.08.1979-cu ildə Gədəbəy rayonunun Nərimankənd kəndində doğulmuşdur. Ali təhsillidir.

Təhsili:
-2000-2002-Xəzər Universiteti magistratura;
-2000, aprel-may "ABA CELLE"nin təşkilatçılığı ilə "Məhkəmə prosesi" treyninq kursları;
-1996-2002-Xəzər Universitetinin "Hüquq fakultəsi", bakalavr.

Çap olunmuş əsərləri:
-"Azərbaycan-Türkiyə münasibətləri.1920-1922" (həmmüəlif), Bakı,AzAtaM, 2002.

Əmək fəaliyyəti:
-2001-ci ilin dekabr ayından bu günədək Mərkəzin İctimai-siyasi şöbəsinin elmi əməkdaşdır.

e-mail: m_piriyev@ataturk.az