Dil, ədəbiyyat və mədəniyyət şöbəsi

Şöbənin fəaliyyət istiqamətləri:

- Türkiyə Respublikası və türksoylu xalqların dil, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi və təbliğ olunması;
- Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatların aparılması.

Şöbə müdiri:

Pərvin İsmayıl qızı Məmmədova

Elmi əməkdaşlar:

Afət Paşa qızı Mamayeva
Kəmalə Həmidsultan qızı Məmmədova

Pərvin İsmayıl qızı Məmmədova - 27.03.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
1989-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
Şərqşünaslıq fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2002-ci il yanvar ayından AzAtaM-ın dil, ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri
2002-ci il dekabr ayı- Mərkəzin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı
1995-1996 "Ferko" türk inşaat- sənaye şirkətində referent

Çap olunmuş əsərləri:
"Atatürkün dil siyasəti", Bakı, AzAtaM, 2003;
"Azərbaycan türkologiyası. 1920-1938" Biblioqrafiya (kollektiv), Bakı, AzAtaM, 2002.

e-mail: p_memmedova@ataturk.az

Afət Paşa qızı Mamayeva - 02.01.1974-cü ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
2003-cü il Qafqaz Universiteti Türk dili və ədəbiyyatı fakültəsi (Magistratura),
1993-1999-cu illər Samsunda 19 Mayıs Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi (Bakalavr)
1992-1993-cü illər TÖMER (Türkcə öyrətim mərkəzi)

Əmək fəaliyyəti:
2002-ci ilin aprelindən Mərkəzin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı,
1999-2001-ci illər Samsun şəhərində Çarşamba mərkəz ilk öyrətim orta məktəbində müəllim

Kəmalə Həmidsultan qızı Məmmədova - 10.09.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
1996-2001-ci illər illər Bakı Dövlət Universitetinin filologiya fakültəsi
1994-1996-cı illər Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi

Əmək fəaliyyəti:
2004-cü ilin aprelindən Mərkəzin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı