Bu kitab Azərbaycanda Atatürk Mərkəzinin oxuculara ilk hədiyyəsidir.
Kitabda Türkiyə Respublikasının yaradıcısı, bütüyn dünya ictimaiyyətinin yüksək qiymətləndirdiyi Qazi Mustafa Kamal Paşa Atatürkün yaşadığı tarixi şərait, həyatı və fəaliyyəti təsvir edilmişdir.
Mətn maraqlı tarixi illüstrasiyalarla zənginləşdirilmişdir.
Nizami Cəfərov, Heydər Əliyev
Bakı, AzAtaM, 2002
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun bu kitabında Türk Dünyasının görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin siyasi portret-obrazı yaradılmışdır.
İrfan Ülkü, Əli Həsənov, Süleyman Dəmirəl
Bakı, AzAtaM, 2002
Tanınmış tarixçi-publisist İrfan Ülkü və tarix elmləri doktoru Əli Həsənovun birgə yazmış olduqları bu kitabda Türk Dünyasının görkəmli dövlət və siyasi xadimi, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin siyasi portret-obrazı yaradılmışdır.
Əkbər Qoşalı, Nursultan Nazarbayev
Bakı, AzAtaM, 2002
Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin elmi əməkdaşı Əkbər Qoşalı (Yolçuyev) bu kitabında Türk Dünyasının görkəmli dövlət xadimlərindən biri, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin siyasi portret-obrazını yaratmışdır.
Nizami Cəfərov, Azərbaycanşünaslığıa giriş
Bakı, AzAtaM, 2002
Filologiya elmləri doktoru, professor Nizami Cəfərovun bu əsəri müəllifin azərbaycanşünaslıq sahəsində ardıcıl olaraq apardığı araşdırmaların məhsuludur.
Əsərin ideya-metodoloji əsasında böyük mütəfəkkir Heydər Əliyevin azərbaycançılıq (və azərbaycanşünaslıq) barədəki fikirləri, mülahizələri dayanır ki, həmin fikirlərin, mülahizələrin əməli nəticəsi Azərbaycan xalqının idealı(və şah əsəri) olan Azərbaycan Respublikasıdır.Kitab müstəqil(milli) dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan İnsanının mənəvi-ideoloji yüksəlişinə xidmət edəcəkdir.
Heydər Əliyev Atatürk haqqında. Tərtibçi: Səfalı Nəzərli
Bakı, AzAtaM, 2003
Əbəs deyildir ki, M.K.Atatürk YUNESKO tərəfindən XX əsrin bir nömrəli şəxsiyyəti elan edilmişdir. H.Əliyev böyük öndəri həmişə özü üçün örnək qəbul etmiş, onun təcrübəsindən daim bəhrələnmişdir. Bunun nəticəsidlir ki, H.Əliyev 1999-cu ildə Atatürk Beynəlxalq Sülh Mükafatına, 2002-ci ildə isə "Baş müəllim Atatürk" mükafatına layiq görülmüşdür.
Bu kitabda Heydər Əliyevin xüsusilə son 10 ildə müxtəlif məqamlarda Atatürk haqqında söylədiyi dəyərli fikirləri toplanmışdır.
"Füyuzat" jurnalı biblioqrafiya. Tərtibçi: Aydın Xəlilov
Bakı, AzAtaM, 2002
Tarix elmləri namizədi Aydın Xəlilovun tərtibçisi olduğu bibloqrafiyada 1 noyabr 1906-1 noyabr 1907-ci ilədək Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına işıq üzü görmüş "Füyuzat" jurnalında dərc olunan materiallar janrlar üzrə ayrı-ayrı bölmələrdə qruplaşdırılmışdır. Müəlliflərin adları əlifba prinsipi ilə və əsərlərin xronologiyası əsasında verilmişdir.
Akkan Suver, Atatürkü yaşamak
Bakı, AzAtaM, 2003
Dr. Akkan Suverin bu kitabında 1998-2003-cü illərdə "Təqvim" qəzetində (Türkiyə) yayınlanan köşə yazıları və 1968-ci ildə Atatürkün yaxın dostlarından götürdüyü müsahibələr toplanmışdır.
Ulu öndərin haqqa qovuşmasının 65-ci, Türkiyə Cümhuriyyəti qurulmasının 80-ci ildönümünə həsr edilmiş kitab Azərbaycanda Atatürk Mərkəzinin və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun Mərmərə Vəqfinin düzənlədiyi VI Avrasiya Ekonomi Zirvəsinə ərmağanıdır.
Nizami Cəfərov, Anar
Bakı, AzAtaM, 2004
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun bu kitabı Azərbaycanın, ümumən Türk Dünyasının görkəmli yazıçısı, mütəfəkkir-alimi və ictimai xadimi Anarın çoxmiqayslı yaradıcılığından, məhsuldar və çoxistiqamətli fəaliyyətindən bəhs edir.
N.Q.Cəfərov "Qədim türk ədəbiyyatı"
Bakı, AzAtaM, 2004
Azərbaycan MEA-nın müxbir üzvü, professor N.Q.Cəfərovun hazırladığı "Qədim türk ədəbiyyatı" müntəxəbat- tədqiqatına türklərin e. ə. I minilliyin ortalarından eramızın I minilliyinin sonu-II minilliyinin əvvəllərinə qədər yaratdıqları ədəbiyyatın ideya-məzmun, poetik formaca xarakterik nümunələri, onların müasir Azərbaycan türkcəsinə tərcüməsi, müxtəsər elmi- nəzəri şərhi daxildir.
İ.Vəliyev, K.Muxtarov. Heydər Əliyev və türk dünyası.
Bakı, AzAtaM, 2003
Bu kitabda təkcə Azərbaycan xalqının deyil, eyni zamanda bütün türk dünyasının şanlı oğullarından biri, dünya şöhrətli siyasətçi və dövlət xadimi, son 10 ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti və nüfuzlu lider Heydər Əliyevin bizimlə eyni kökdən olan türk xalqını bir-birinə daha da yaxınlaşdırmaq, qovuşdurmaq, onları vahid ailədə sıx birləşdirmək sahəsində göstərdiyi məqsədyönlü fəaliyyəti təkzibedilməz faktlarla işıqlandırılmışdır.
Q.İlkin. Türk ordusu Bakıda.
Bakı-AzAtaM, 2003
.
1918-ci ilin qanlı qırğınlarında Qafqaz İslam Ordusu ildırım surətilə Bakıya gəldi və Şaumyanın rəhbərlik etdiyi erməni-rus birləşmələrini darmadağın etdi. Həmin tarixi hadisələr indi də dildə-ağızda dolaşmaqdadır.
Xalq yazıçısı Qılman İlkin bu kitabçasında, o günlərin şahidi kimi, gördüklərini publisistik bir dillə qələmə almışdır.
Türkiyə Atatürkün, Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir .
Bakı-AzAtaM, 2002
Şair-publisist, "Azərbaycan" qəzetinin əmək-daşı Dəyanət Osmanlının professor, millət vəkili Nizami Cəfərovla söhbətlərinin toplandığı kitabda böyük dövlət qurucuları Atatürklə Heydər Əliyevin xidmətlərindən bəhs edilir.
Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti araşdırmaları (Tərtibçi: Samirə Məmmədova).
Bakı-AzAtaM, 2003
Bu biblioqrafiyada azərbaycanlı alimlərin və müəlliflərin Azərbaycanda və xarici ölkələrdə Türkiyə Cümhuriyyətinə və Atatürkə elmi əsərləri barədə məlumatlar toplanmışdır.
Pərvin Məmmədova. Atatürkün dil siyasəti.
Bakı, AzAtaM, 2003
Monoqrafiya Türkiyə Cümhuriyyətinin qurucusu M.K.Atatürkün yürütdüyü dil siyasətinin araşdırılmasına həsr olunmuşdur. Əsərdə böyük mütəfəkkirin həyata keçirdiyi "Dil inqilabı"nın mahiyyəti aydınlaşdırılmış, bu inqilabın nəticə-ləri geniş təhlil edilmişdir.
Bəxtiyar Tuncay, XXI əsrin perspektivləri: Azərbaycandan baxış
Bakı, AzAtaM, 2003
Müəllifi tanınmış publisist olan bu kitab adından da məlum olduğu kimi müstəqil dövlətimizin, toplumun sahib olduğu milli və bəşəri dəyərlərin, keyfiyyətlərin yanısıra yiyələnməli olduğu yeni mütərəqqi düşüncə sisteminin vacibliyi məsələsindən bəhs edir. Zəmanəmizin böyük azərbaycanlısı H.Əliyevin "Müstəqilliyimiz daimidir, əbədidir, sarsılmazdır, dönməzdir" kəlamına haqq qazandıran müəllif böyük Azərbaycan fikir adamları, mütəfəkkirlərinin irsinə, yeni dünya düzəninin qanunauyğunluqlarına və ümumtürk maraqlarına istinad edərək geniş oxucu kütləsinin marağına səbəb ola biləcək bir əsər yaza bilmişdir.
Azərbaycan Türkologiyası (Tərtibçilər: P.Məmmədova, S.Məmmədova, Ə.Yolçuyev).
Bakı, AzAtaM, 2002
Bu biblioqrafiyada ötən əsrin 20-30-cu illərində Bakıda Azərbaycan (həm ərəb, həm də latın qrafikalı əlifba ilə) və rus dillərində çap olunmuş ədəbiyyat və elmi məqalələrin siyahısı verilmişdir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələri qurulmasının 10 illiyinə həsr olunmuş elmi- praktik konfrans (14 yanvar 2002-ci il).
Bu kitaba Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi ilə əlaqədar Azərbaycanda Atatürk Mərkəzi ilə Türkiyənin Azərbaycandakı Səfirliyinin 2002-ci il yanvarın 14-də birgə kecirdikləri elmi-praktik konfransın materialları daxil edilmişdir.
Anadolu Abilova. İbrahim Abilov- Azerbaydjanskiy druq Atatörka.
Bakı, AzAtaM, 2003
Anadolu Abilovanın bu kitabı Azərbaycanın Türkiyədəki ilk səfiri İ.Əbilovun diplomatik fəaliyyətinə, Mustafa Kamal Atatürklə İ.Əbilovun dostluğundan bəhs edir.
Rahid Ulusel. Ulutürklük.
Bakı, AzAtaM, 2002
Bir sıra elmi-fəlsəfi əsərlərin müəllifi Rahid Uluselin bu kitabında Avrasiyada türk dövlətlərinin, eyni zamanda Azərbaycanın siyasət və mədəniyyət tarixinin əsas xüsusiyyətləri, yüksəliş və tənəzzül, yenidən dirçəliş dövrləri, türklər və islam, türk dünyasının bütövlüyü və onun geostrateji önəmi, qloballaşma çağında milli özünüdərketmə problemləri, yeni dünya nizamında ABŞ-Türkiyə-Azərbaycan müttəfiqliyinin qlobal mahiyyəti və buna Rusiyadakı fəlsəfi-politoloji münasibət baxımından araşdırılır.
Azərbaycan -Türkiyə münasibətləri (1920-1922). Sənədlər və materiallar.
Bakı, AzAtaM, 2002
Tərtibçiləri: Jalə Qurbanova və Musa Piriyev.
Bu toplu 1920-1922-ci illərdə Azərbaycan ilə Türkiyə arasında mövcud olmuş diplomatik münasibətlər dövrünün sənədlərindən ibarətdir. Topluya daxil edilmiş sənədlər ilk dəfə nəşr olunur.
Nazir Əhmədli.Həyat filosofu.
Bakı, AzAtaM, 2002
Bu kitabın da görkəmli alim, fəlsəfə elmləri doktoru, professor Həmid İmanovun keçdiyi mənalı ömür yolundan bəhs edilir.
Nizami Cəfərov- Ədəbiyyatdan siyasətə.
Bakı, AzAtaM, 2003
Bu kitabda professor Nizami Cəfərovun Azərbaycanın içtimai - siyasi və mədəni həyatına həsr etdiyi elmi - publistik məqalələri daxil edilmişdir.
Bülleten. Azərbaycanda Atatürk Mərkəzinin rüblük nəşrləri.
Bakı, AzAtaM, 2002-2004-ci illər
Azərbaycanda Atatürk Mərkəzi (buklet).
Bakı, 2004
Buklet Mərkəzin bələdçi - məlumat - reklam nəşridir. Buraya xeyli rəngli şəkil, Mərkəzin yaranması barədə Prezidentin səransamı, "Əsasnamə" dən böyük bir hissə, Mərkəzin nəşrləri barədə qısa infomasiyalar, Heydər Əliyevin Atatürk haqqında fikirlərindən seçmələr, qonaqlarımızın ürək sözləri daxil edilmişdir.
Buklet Azərbaycanda Atatürk Mərkəzinin təbligi və onunla tanışlıq məqsədi ilə buraxılmışdır.
Azərbaycanda Atatürk Mərkəzi (albom). (Tərtib edən: Səfalı Nəzərli)
Bakı, 2004
Bu il aprelin 10-da Azərbaycanda Atatürk Mərkəzinin rəsmi açlış mərasimi olmuşdur. Nəfis, yüksək poliqrafik icrada nəşr olunmuş bu albom həmin tədbirə həsr edilmişdir.
Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqinin tam mətni verilmişdir. Həmçinin Mərkəzin müdiri Nizami Cəfərovun,Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalayın, Atatürk Yüksək Qurumunun başqanı professor Sadıq Turalın çıxışları öz əksini tapmışdır.
Alboma Mərkəz haqda vacib informatik materiallar daxil edilmişdir. Mətnləri çoxlu sayda rəngli foto-şəkil müşayiət edir.
Geniş oxucu kütləsi üçündür.
Qars müqaviləsi. (Tərtib edəni və "Ön söz" müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı).
Bakı, 2004
Bu kitaba Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyə arasında Qars şəhərində 13 oktyabr 1921- ci ildə imzalanmış tarixi müqavilənin rus, türk, fransız dillərində mətni, həmçinin Azərbaycan dilinə tərcüməsi daxil edilmişdir.
Müqavilə ilk dəfə Azərbaycan dilinə tarix elmləri namizədi Hüsaməddin Qaramanlının tərcüməsində işıq üzü görür.
Kitab bu Müqavilə ətrafında yaranmış bir çox mübahisələrə son qoyacaqdır.
Nizami Cəfərov, Dəyanət Osmanlı. İlham Əliyev.
Bakı, Çaşoğlu ,2004
Əməkdar elm xadimi, Azərbaycan MEA - nın müxbir üzvü N. Cəfərov və şair - publisist, Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Dəyanət Osmanlılının yazmış olduqları bu kitabda Türk dünyasının görkəmli dövlət və siyasət xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi portretinin xarakterik cizgiləri verilmişdir.
Heydər Əliyev Atatürk haqqında. (İngilis dilində).
Bakı, AzAtaM, 2004
Bu kitab Mərkəzin 2003 - cü ildə nəfis tərtibatla nəşr etdirdiyi eyniadlı hədiyyə kitabının (tərtibçi Səfalı Nəzərli) Mərkəzin elmi əməkdaşı İlahə Abdullayevanın tərcüməsində ingilis dilindəki variantıdır.
Həmin əsər Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə hər iki dildə Mərkəzin internet saytında yerləşdirilmişdir.
Türk mənşəli şəxs adları sozlüyü (tərtib edəni: Elmira Həmzəyeva, elmi redaktoru: professor Nizami Cəfərov)
Bakı, AzAtaM, 2004
Azərbaycan xalqının əsrlər boyu müxtəlif xalqlarla intensiv mədəni-siyasi əlaqələr şəraitində yaşaması onun dilinin lüğət tərkibinə, xüsusi ilə şəxs adlarını güclü təsir göstərmişdir.Dilin lüğət tərkibi tədricən dəyişib inkşaf etdiyi kimi şəxs adlarımızda milli köklər üzərində inkşaf etmişdir.Həcimcə çox yığcam olan bu şəxs adları sözlüyündə xalqımızın tarixinin müəyyən səhvələri qorunur.Sözlüyə 1500-ə qədər şəxs adı salınmışdır.
Rahid S.Ulusel. Heydər Əliyev və Azərbaycan, Atatürk və türk dünyası Nizami Cəfərovun elmi araşdırmalarında.
Bakı, "Elm", 2004
Kitabda təməli Atatürk və Hedər Əliyev tərəfindən qoyulan dünya türk milli dövlətlərinin vahid siyasət və mədəniyyət strategiyasının mahiyyəti aydınlaşdırılır.Professor Nizami Cəfərovun həmin istiqamətdə Azərbaycan dövlətinin humanitar siyasət konsepsiyasının mükəmməl elmi -nəzəri əsaslarda hazırlanmasındakı faliyyəti dəyərləndirilir.Görkəmli alimin Heydər Əliyevin və Azərbaycan ,Atatürk və türk dünyası haqqında düşüncələri təhlil edilir.Bu nəticəyə gəlinirki , Nizami Gəfərovun təhqiqatları- dünya kulturalogiya və türkalogiya elminin səviyyəsində ümumtürk mədəniyyətinə , onun klassikasına sistemli baxışın nümunəsidir.