Lahiyələr

"Atatürk ensiklopediyası".

Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün zəngin irsinin kifayət qədər öyrənilməsinə baxmayaraq, dünyanın heç bir türkoloji mərkəzində bu gunə qədər "Atatürk ensiklopediyası" hazırlanmamışdır. Mərkəz tərəfindən hazırlanmış ensiklopediyanın sözlüyü Azərbaycanın və dünyanın bir çox türkoloji araşdırmalar mərkəzlərinə göndərilmişdir. Mütəxəssislərin etdiyi qeydlər və əlavələr nəzərə alınaraq, ensiklopediyanın sözlüyünün sonuncu variantı hazırlanmışdır.

"Atatürkün ailə və təhsil mühiti", "Atatürkün siyasi mühiti", "Atatürk ideologiyası", "Atatürk dövrünün tədqiqatçıları", "Türk dünyası" bölmələ-rindən ibarət ensiklopediyanın hazırlanmasına Azərbaycanın və xarici ölkələrin mütəxəssisləri cəlb olunmuşdular.

Atatürk. Nitq. (Azərbaycan dilinə tərcümə, qeyd və şərhlər).

Mustafa Kamal paşanın 15-20 oktyabr 1927-ci ildə Cumhuriyyət Xalq Partiyastnın II qurultayında söylədiyi nitq Mustafa Kamal paşa başda olmaqla vətənpərvər qüvvələrin türk milli-azadlıq hərəkatının təşkili, işğalçı qüvvələrlə aparılan mübarizə və Türkiyənin o dövrdəki beynəlxalq vəziyyəti haqqında rəsmi mənbədir.

Nitqin Azərbaycan dilinə qeyd və şərhlərlə tərcüməsini Mərkəzin Dil, ədəbiyyat və mədəniyyət şöbəsi hazırlayır.

Türk dünyasının böyük dövlət xadimləri.

Bu ləyihə üzrə "Mustafa Kamal Atatürk (müəllifi Nazir Əhmədli), "Heydər Əliyev" (müəllifi Nizami Cəfərov), "Süleyman Dəmirəl" (müəllifləri : İrfan Ülkü və Əli Həsənov) , "Nursultan Nazarbayev" (müəllifi Əkbər Qoşalı) kitabları hazırlanmışdır.

Azərbaycanda Atatürk və Türkiyə Cumhuriyyəti araşdırmaları.

Bu layihə üzrə Mərkəz tərəfindən "Azərbaycan türkologiyası üzrə.(1920-1938).Bibloqrafiya" (tərtib edənlər Pərvin Məmmədova ,Samirə Məmmədova, Əkbər Qoşalı ) "Azərbaycanda Atatürk və Türkiyə Cumhuriyyəti araşdırmaları(1941-2003). Bibloqrafiya" (tərtib edəni Samirə Məmmədova) adlı bibloqrafik vəsaitlər hazırlanmışdır.Hal-hazırda Mərkəzin əməkdaşları "Azərbaycan mətbuatında Atatürk" adlı bibloqrafiya üzərində iş aparır.

Mərkəzin arxivinin formalaşdırılması.

Bu layihə üzrə 1920-1923-cu iliər Azərbaycan-Türkiyə münasibətlərinə dair arxiv sənədlərinin və fotomaterialların orjinallarının və nüsxələrinin toplanması və sistemləşdirilməsi işi həyata keçirilir. Mərkəzin arxivində Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin fondunda olan sənədlərin nüsxələri və Azərbaycanın Türkiyədə diplomatik nümayəndəsi Ibrahim Əbilovun qızı Anadolu Əbilova, həmçinin həmin nümayəndəliyin katibi işləmiş Ismayıl Ismayılovun ailəsi tərəfindən verilmiş fotoların orijinalları və nüsxələri saxlanılır.

Atatürk kitabxanası.

Bu layihə üzrə Atatürk və Türkiyə Cümhuriyyəti araşdırmaları ilə bağlı ixtisaslaşdırılmış kitabxana yaradılması nəzərdə tutulur.Hal-hazırda "Atatürk kitabxanası" nda 1000-dən artıq Azərbaycan, rus ,türk, ingilis və fransız dillərində kitab var.