Xronika2004 14 sentyabr. Azərbaycan Milli Elmlər Akademiyasının böyük iclas zalında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Atatürk Mərkəzi və Türkiyənin ölkəmizdəki səfirliyi "1918- ci ildə Bakının erməni işğalından azad edilməsi" mövzusunda birgə elmi konfrans keçirmişlər. Konfransı geniş giriş sözü ilə Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov açmışdır. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz və başqaları çıxış edərək Azərbaycan- Türkiyə münasibətlərindən danışmışlar. Sonda xatirə hədiyyələri verilmişdir.
01 sentyabr. Mərkəzin kollektivinin ümumi yığıncağı keçirilmişdir. Mərkəzin müdiri çıxış edərək kadr dəyişiklikləri, əmək intizamı və "Atatürk ensiklopediyası" nın hazırlanması barədə danışmışdır. 1. Mərkəzin sabiq müdir müavini Hüsaməddin Məmmədovun xarici ölkələrdən birinə işə dəvət olunması ilə əlaqədar onun yerinə ictimai- siyasi şöbənin müdiri Osman Ənvər oğlu Musayev təyin olunmuşdur.
2. Elmi əməkdaş Samirə Rəhbər qızı Məmmədova ictimai siyasi şöbənin müdiri təyin olunmuşdur. İşçilərə konkret tapşırıqlar verilmişdir.
30 avqust. Türkiyənin Azərbaycandakı səfirliyinin Silahlı Qüvvələr attaşesi general- mayor Ömər Bayraklı Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələr günü münasibəti ilə "Gülüstan" sarayında qəbul təşkil etmişdir. Qəbulda Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov və müdir müavini Osman Musayev iştirak etmişlər.
02 iyul. Ahıska türklərinin Bakıda keçirilən I Beynəlxalq qurultayında iştirak edən bir qrup nümayəndə Atatürk Mərkəzində olmuşdur. Mərkəzin müdiri professor Nizami Cəfərov qonaqları səmimi salamlamış və onlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qonaqları müşayiət edən Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov çıxış edərək diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Qonaqlardan bəziləri Mərkəzin "Fəxri qonaqlar kitabı"na öz ürək sözlərini yazdılar.
Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Sadık Yakut başda olmaqla Ədalət və Kalkınma Partiyasından olan millət vəkilləri ilə Mərkəzimizdə görüş keçirilmişdir. Görüşdə professor Nizami Cəfərov Mərkəzin gördüyü işlər haqqında qonaqlara geniş məlumat vermişdir.
12 iyul. Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara və səfirliyin mədəniyyət müşaviri Mərkəzi ziyarət etmiş və kollektivin gördüyü işlərlə mraaqlanmışlar. 30 iyun. Atatürk Mərkəzinin konfrans zalında tanınmış yapon türkoloqu, Sasakava Sülh Fondunun proqram rəhbəri, professor Akira Matsunaqanın "Ayaz İshaki və Uzaq Şərqdəki tatar türkləri" adlı kitabının təqdimat-müzakirəsi keçirilmişdir. Tədbirdə Yaponiyanın Azərbaycan-dakı səfiri Toşiyuki Fucivara, Tatarıstanın Azərbaycandakı nümayəndəsi Rafael İlyazov, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, hə-min İnstitutun şöbə müdiri, professor İnqlab Əlibəyov, AMEA-nın müxbir üzvü professor Tofiq Hacıyev, millət vəkili, professor Nizami Xudiyev, Azərbaycan-Yaponiya Elmi-tədqiqatlar və mədəni əlaqələr Mərkəzinin sədri Rəhbər Bəşiroğlu təqdim olunan kitab haqqında çıxış etmiş-lər. Tədbirin sonunda professor Akira Matsunaqa Sasakava Sülh Fondu ilə Atatürk Mərkəzi ara-sında əməkdaşlıq barədə təkliflərini irəli sürmüşdür. 07 may - Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Murad Başəskioğlu və rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzdə olmuş, görülən işlərlə tanış olmuşdular. 22 aprel - Mərkəzdə yazıçı Qılman İlkinin "Türk ordusu Bakıda", Anadolu Əbilovanın "İbrahim Əbilov. Atatürkün azərbaycanlı dostu" və mərhum professor Şamil Qurbanovun "Atatürk və Nərimanov" adlı kitablarının təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın tanınmış ziyalıları və alimləri iştirak etmişdilər. 21 aprel - Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Gövhər Baxşəliyeva başda olmaqla Azərbaycan MEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun türkoloqların Mərkəzin kollektivi ilə görüşü keçirilmişdir. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 9 mart - Azərbaycanda Atatürk Mərkəzin yaradılmasının 3 illiyi ilə əlaqədar Mərkəzdə yığıncaq keçirilmişdir. Professor Nizami Cəfərov başda olmaqla Mərkəzin kollektivi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz və Mərkəzin Elmi şurasının üzvləri Azərbaycanda Atatürk Mərkəzinn qurucusu və ilk fəxri sədri Heydər Əliyevin məzarını ziyarət etmiş, oraya tər çiçəklər qoymuşlar. Tədbir sonra Mərkəzdə davam etdirilmişdir. Mərkəzin müdiri professor Nizami Cəfərov Mərkəzin üç il ərzində gördüyü işlər və keçirdiyi tədbirlər haqqında çıxış etmişdir.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz və Mərkəzin Elmi şurasının üzvlərindən professor Həmid İmanov və professor İsmayıl Vəliyev çıxış edərək, Mərkəzin təqdirəlayiq işlər gördüyünü qeyd etmiş və Mərkəzin kollektivinə yeni yaradıcılıq uğurları arzulamışdılar.
17 fevral - Türkiyənin tanınmış yacıçısı və tərcüməçisi Yasemin Bayer Mərkəzdə olmuş və Mər-kəzin kollektivi ilə görüşmüşdür. Azərbaycanın müstəqillik dövrü tarixi və mədəniyyəti haqqında hazırlanacaq kitabına Azərbaycanda Atatürk Mərkəzinə ayrıca fəsil ayıran Yasemin Bayerə Mərkəzin gördüyü işlər haqqında geniş məluat verilmiş, materiallar təqdim olunmuşdur. 14 fevral - Yaponiyanın Sasakava Sülh Fondunun proqram rəhbəri professor Akira Matsunaqa, Reitaku Universitetinin Beynəlxalq işqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, professor Osami Nariai və Azərbaycan-Yaponiya Elmi tədqiqatlar və mədəni əlaqələr Mərkəzinin sədri Rəhbər Bəşiroğlu Mərkəzin qonağı olmuşlar. Görüşdə professor Nizami Cəfərov qonaqlara Mərkəzin gördüyü işlər və perspektiv planlar haqqında məlumat vermişdir. Səmimi qəbul üçün təşəkkür edən qonaqlar, Yaponiyada türkoloji araşdırmalardan bəhs etmişlər. Görüşdə Mərkəzlə Yaponiyanın elmi müəssisələri arasında elmi əməkdaşlığın qurulması haqqında fikir mübadiləsi aparılmışdır.
|