Azərbaycanda Atatürk Mərkəzi

"Heydər Əliyev Atatürk haqqında"

Kitab Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr edilir

Toplayanı və tərtib edəni - Səfalı Nəzərli

Məsləhətçi və Ön söz" müəllifi - Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, professor

Bakı, AzAtaM, 2003

Ön söz

Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin Türkiyə cümhuriyyətinin yaradıcısı Atatürk haqqında dedikləri Yalnız bir böyük dövlət xadiminin başqa bir böyük dövlət xadimi barədəki mülahizələri kimi maraqlı olaraq qalmır, eyni zamanda tarixin kifayət qədər sərt sınaqlarından çıxmış mükəmməl bir siyasi-ideoloji, təcrübə sistemini müasir dövrün həm lokal Azərbaycan, həm də qlobal ümumdünya tələbləri baxımından qiymətləndirilməsi kimi də diqqəti cəlb edir. Atatürk türk xalqını, türk dövlətçiliyini, Heydər Əliyev Azərbaycan xalqını, Azərbaəcan dövlətçiliyini xilas etmişlər. və bu həcmcə kiçik olduğu qədər məzmunca böyük kitabda bir milli xilaskarın başqa bir milli xilaskar barədəki düşüncələri toplanmışdır.

Atatürk haqqında dünyanın ən görkəmli şəxsiyyətləri bir-birindən maraqlı, dəyərli fikirlər söyləmişlər, lakin bu kitab yalnız bir dahinin başqa bir dahi haqqında sözü deyil, həm də bir böyük türkün başqa bir böyük türk haqqında, müxtəlif vaxtlarda söylənsə də, bütöv bir əsərdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycanda Atatürk Mərkəzi fəaliyyət göstərdiyi bir il ərzində Azərbaycan atatürkşünaslığını zənginləşdirəcək bir sıra əsərlər nəşr etmişdir ki, onların içərisində "Mustafa Kamal Atatürk" (portret cizgiləri), "Atatürk ensiklopediüası" (sözlük), "Azərbaycan türkologiyası (1920-1938). Biblioqrafiya", "Türkiyə Atatürkün, Azərbaycan Heydyr Əliyevin əsəridir", "Ulutürklək. Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya", "Azərbaycan-Tərkiyə münasibətləri (1920-1922). Sənədlər və materiallar" və s. vardır. "Heydər Əliyev Atatürk haqqında" kitabı isə qarşısına Atatürkü öyrənib təbliğ etməyi məqsəd qoymuş Mərkəzin tarixi əhəmiyyət daşıyan xüsusi nəşridir. Və biz əminik ki, bu kitabda öz əksini tapmış fikirlərlə Azərbaycan atatürkşünasılığının həm müasir mərhələsi başlayır, həm də onun gələcək inkişafının ideya-metodoloji əsasları qoyulur.

Əlahəzrət Tarix dəfələrlə sübut etmişdir ki, bir dahinin fəaliyyəti ondan sonra gələn başqa bir dahinin fəaliyyətində daha mükəmməl , daha canlı şərh olunur, nəinki akademik mülahizələrdə, yaxud sxematik texnologiyalarda...

Prof. Dr. Nizami Cəfərov

Azərbaycanda Atatürk Mərkəzinin müdiri

 

ANKARADAKI "ANITKABIR" MƏQBƏRƏSİNDƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN BANİSİ, GÖRKƏMLİ SİYASİ VƏ İCTİMAİ XADİM MUSTAFA KAMAL ATATÜRKÜN MƏZARINI ZİYARƏT ETDİKDƏN SONRA XATİRƏ KİTABINA YAZDIĞI ÜRƏK SÖZLƏRİ:

 "Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Ataürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm.

Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır."

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

8 fevral 1994-cü il

***

ANKARADA "ÇANKAYA" KÖŞKÜNDƏ AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ ZİYAFƏTDƏ NİTQ

(8 fevral 1994-cü il)

 Türkiyə cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin əəsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər.

***

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ ÇIXIŞ

(9 fevral 1994-cü il)

Türkiyə cümhuriyyətinin 70 illik tarixi var. 70 il bundan öncə onun başçısı, dahhi vəə böyük öndər Mustafa Kamal Atatürk bu Böyük Millət Məclisinin əsasını qoymuş, Türkiyə cümhuriyyətini yaratmışdır. Onun qoyduğu təməl, bünövrə o qədər möhkəm, o qədər davamlı olmuşdur ki, 70 il ərzində türk xalqı, Türkiyə milləti, Türkiyə dövləti bütün sınaqlardan çıxmışdır, indi də uğurla irəliləyir.

***

Burada mən Mustafa Kamal Atatürkün çox dəyərli bir fikrini yadınıza salmaq istəyirəm, çünki onun bu fikri Türkiyənin üzərinə düşən vəzifələrin çox böyük olduğuna və Mustafa Kamal Atatürkün çox uzaqgörən bir şəxsiyyət olduğuna dəlalət edir. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə çıxışında demişdir: "Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğmuzun idarəçəiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahhib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək lazım deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, xaric bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır".

60 il bundan öncə Mustafa Kamal Atatürk bu günləri görmüş və bu vəsiyyti etmişdir. İndi həmin dövran gəlib çatıb və Türkiyəyə dost, qardaş olan ölkələr, millətlər öz müstəqilliklərini əldə ediblər. O cümlədən, Türkiyəyə ən yaxın dost və qardaş olan Azərbaycan da müstəqil bir dövlətdir.

***

TÜRKİYƏ RESPUBLİKASININ İSTİQLALİYYƏT QAZANMASININ 71-ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN TƏŞKİL ETDİYİ MƏRASİMDƏ ÇIXIŞ

(29 oktyabr 1994-cü il, Glüstan Sarayı)

Bu həm Türkiyə Respublikasının bayramıdır, həm də Azərbaycan Respublikasının bayramıdır. Biz bu bayramı qeyd edərkən Türkiyə Respublikasının banisi, böyük insan Mutsafa Kamal Atatürkün xidmətlərini yad edirik, onunla bərabər Türkiyə Respublikasını yaradanları yad edirik və 71 il müddətində Atatürkün qouduğu yol ilə gedənləri yad edirik.

***

BİLKƏND UNİVERSİTETTİNDƏ DAHİ AZƏRBAYCAN ŞAİRİ MƏHƏMMƏD FÜZULİNİN ANADAN OLMASININ 500 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY ŞƏNLİKLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞINDA ÇIXIŞ

(1 noyabr 1994-cü il )

Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə cühuriyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının nəyə qadir olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir.

***

Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla gedən Türkiyə cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir.

***

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ XANIM TANSU ÇİLLƏRLƏ AZƏRBAYCAN İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜNDƏ NİTQ

(Respublika Sarayı, 11 iyul 1995-ci il )

1922-23-cü illər Türkiyə cümhuriyyətinin yaranması üçün böyük dönüş dövrü oldu. O zaman böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə cümhuriyyəti yarandı. Türk xalqı həmin vaxtdan bəri böyük Atatürkün qoyduğu yolu cəsarətlə gedir və bu gün Türkiyə cümhuriyyəti dünyanın 60 milyonluq əzəmətli bir dövləti kimi beynəlxalq birlikdə özünə layiq yer tutmuşdur.

Biz bu gün dost və qardaş kimi böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, Türkiyə cümhuriyyətinin yaranması, türk xalqına və onun siyasi xadimlərinin böyük Atatürkün vəsiyyətlərinə, qoyduğ yola sadiq olması indi Türkiyənin zirvələrə qalxmasının əsas səbəbidir.

***

Böyük Mustafa Kamal Atatürkün sözləri yadıma düşür. O deyirdi: "Azərbaycan gülərsə, biz də gülərik, Azərbaycan üzülərsə biz də üzülərik." Bu sözlər Türkiyə cümhuriyyətinin Azərbaycana olan münasibətinin ən parlaq ifadəsidir.

***

TÜRKİYƏ RESPUBLİKASINA NÖVBƏTİ RƏSMİ SƏFƏR

(5 may 1997-ci il)

Türk dünyasının görkəmli xadimi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdikdən sonra fəxri qonaqlar üçün xatirə kitabına yazdığı ürək sözləri:

"Bu müqəddəs yeri, Türkiyə Cümhuriyyətinin banisi böyük Mustafa Kamal Atatürkün məzarını yenidən ziyarət edərkən onun ruhu qarşısında baş əyirəm. Onun ölməz xatirəsinə, bəşər tarixindəki xidmətlərinə dərin hörmət və ehtiramımı bildirirəm. Azərbaycan xalqı böyük Atatürkün xatirəsini qəlbində yaşadır. Daim yaşadacaqdır. Allah rəhmət eləsin".

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

***

AZƏRBAYCAN PREZİDENTİNƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN "DÖVLƏT NİŞANININ" TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ ÇIXIŞ

(İstanbul, "Çankaya köşkü", 5 may 1997-ci il)

Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə cümhuriyyətinin mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun yaratdığı cümhuriyyətin mükafatıdır.

Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də Azərbaycanlılar üçün belədir. Ona görə də Türkiyə, demokratik, Atatürk Türkiyə cümhuriyyəti bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik.

***

TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏLİN ADINDAN AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ ZİYAFƏTDƏ NİTQ

(Ankara, 5 may 1997-ci il)

Böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə cümhuriyyəti yetmiş ildən artıq bir zamanda sürətlə irəliləyib, dünyanın inkişaf etmiş dövlətləri sırasında durubdur və layiqli yer tutubdur.

***

Fəxr edirik ki, türk xalqı böyük Mustafa Kamal Atatürkün qoyduğu yolla inamla irəliləyir. Əminik ki, türk xalqının, Türkiyənin böyük gələcəyi də bu yola bağlıdır və bu yol Türkiyənin böyük gələcəyini təmin edəcəkdir.

***

Biz Azərbaycanda, ölkəmizdə, dünyada sülh istəyirik. Mərhum Mustafa Kamal Atatürkün Türkiyəyə aid olan bu sözləri Azərbaycanın bugünkü gününə də aiddir. Biz sülh uğrunda mübarizə apararaq torpaqlarımızı sülh yolu ilə azad etmək, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etmək istəyirik.

***

Hesab edirəm ki, Türkiyənin, böyük Mustafa Kamal Atatürk Türkiyəsinin bu ali mükafatı tək mənə yox, bütün Azərbaycan xalqına verilibdir. Bu, Azərbaycan xalqının dövlət müstəqilliyi yolunda nə qədər əzmlə çalışdığına verilən qiymətdir, Azərbaycan xalqının dövlət müstəqilliyini indiyə qədər qoruyub saxlamasına verilən qiymətdir, Türkiyə-Azərbaycan dostluğunun bugünkü nailiyyətlərinə verilən qiymətdir.

***

Yaşasın Türkiyə! Yaşasın böyük Atatürk yaradan Türkiyə cümhuriyyəti ! Əbədi Türkiyə-Azərbaycan dostluğuna eşq olsun!

***

ANKARANIN MƏRKƏZİ KÜÇƏLƏRİNDƏN BİRİNƏ- 3-CÜ CADDƏYƏ AZƏRBAYCAN PROSPEKTİ ADI VERİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ ÇIXIŞ

(Ankara, 6 may 1997-ci il)

Azərbaycanda küçələrin, caddələrin, meydanların bir çoxu böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyır. Bakıda da, Gncədə də, Naxçıvanda da, Sumqayıtda da, Azərbaycanın başqa şəhərlərində də Türkiyənin rəmzi olan, Türkiyəni nümayiş etdirən adlar geniş yayılıbdır. Bu şəhərlərin əksəriyyətində ən gözəl küçələr indi Mustafa Kamal Atatürkün adını daşıyır.

***

1990-cı ildə doğma şəhərim Naxçıvana gələndə keçmişdə Sovetlər Birliyinin böyük şəxsiyyətlərindən birinin adını daşıyan ən böyük küçələrdən birinin Atatürk adını daşıdığını gördüm. Mənim ilk addımlarım o küçəyə oldu, oraya gedib Türkiyəyə və onun böyük şəxsiyyəti Atatürkə hörmət və ehtiramımı bildirdim.

***

TÜRKİYƏ QURU QOŞUNLARI MƏKTƏBİ İLƏ TANIŞLIQ, TƏLƏBƏLƏRLƏ VƏ AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ

(Ankara, 6 may 1997-ci il )

Türkiyəyə Cümhuriyyəti və onun şöhrətli ordusu böyük öndər Mustafa Kamal Atatürk tərəfindən yaradılıbdır. Nə qədər sevindirici haldır ki, türk xalqı, Türkiyə və onun ordusu 77 ildir öz qurucusu, banisi Mustafa Kamal Atatürkün yolu ilə gedir və qələbələrdən- qələbələrə gəlir.

***

Atatürkün böyük sözləri var: "Cahanda sülh, yurdda sülh, bölgədə sülh". Biz bu sözləri bu gün də deyərk, eyni zamanda bu fikirlərlə yaşayırıq, bu siyasəti aparırıq.

***

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏDƏKİ SƏFİRLİYİNİN YENİ BİNASININ TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ ÇIXIŞ

(Ankara, 6 may 1997-ci il )

Azərbaycanın Türkiyədə ilk səfiri İbrahim Əbilov Böyük Mustafa Kamal Atatürk ilə şəxsi münasibətdə, onun yaxın dostu olmuşdur. Mən bu anları xatırladaraq Türkiyə-Azərbaycan əlaqələrinin çoxəsrlik tariıxi ərzində Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin tarixinin də zəngin olduğunu qeyd edirəm.

***

TÜRKİYƏ BÖYÜYÜK MİLLƏƏT MƏCLİSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ

(Ankara, 6 may 1997-ci il)

Türkiyənin Böyük Milləət Məclisi böyük öndər Mustafa Kamal Atatürkün, onun silahdaşlarının, həmkarlarının səyləri nəticəsində, o dövrdə Türkiyədə xalqı daha da irəli aparmaq, mədəniyyətə, demokratiyaya qovuşdurmaq istyən mütəfəkkir adamların səyləri nəticəsində yaranmışdır.

 

***

AZƏRBAYCAN PREZİDENTİNƏ "9 EYLÜL" UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMƏSİ MƏRASİMİNDƏ NİTQ

(İzmir, 7 may 1997-ci il)

Məlumdur ki, Türkiyədə qurtuluş savaşının, qələbənin yaradıcısı, qurucusu və sərkərdəsi, qurtuluş savaşını qələbə ilə sona çatdıran türk xalqının görkəmli oğlu böyük Mustafa Kamal Atatürk olmuşdur.

Mustafa Kamal Atatürkün rəhbərliyi altında burada - İzmirdə yadelli düşmənləri ölkədən çıxarmaq üçün planlar qurulmuş, hərbi əməliyyatlar keçirilmişdir. Onun rəhbərliyi altında Türkiyənin düşmənləri 9 Eyüldə dənizə atılmış, İzmir azad olunmuş və Mustafa Kamal Atatürk bu hərbi əməliyyata, bu qələbəyə bilavasitə rəhbərlik etmişdir.

 

AZƏRBAYCAN PREZİDENTİNƏ "FATİH" UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMƏSİ MƏRASİMİNDƏ NİTQ

(İstanbul, 8 may 1997-ci il )

Bizi sevindirən odur ki, Türkiyənin siyasəti, mədəniyyəti də, mənəviyyatı, təhsili də, elmi də Türkiyə cümhuriyyətinin banisi, qurucusu böyük Mustafa Kamal Atatürkün qoyduğu yolla, onun vəsiyyətlərini yerinə yetirmək yolu ilə gedir.

Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Türkiyə Cümhuriyyətinin yüksək zirvəyə çatmasında, türk xalqının 70 ildən artıq bir zamanda əldə etdiyi nailiyyətlərin qazanılmasında onun göstərdiyi xidmətlər əvəzsizdir. Türkiyə Cümhuriyyətinin yaranması ilə türk dünyasında gedən proseslərə göstərilən təsirdə, türk Cümhuriyyətlərinin, türkdilli xalqların bir-birinə daha sıx qovuşmasının təmin olunmasında, türk köklü millətlərin milli azadlıq və müstəqillik uğrunda mübarizəsi sahəsində aparılan işlərdə də onun xidmətləri və onun ideyalarının təsiri böyükdür.

Ona görə də Mustafa Kamal Atatürk bütün türk dünyasının əvəzsiz, ölməz lideridir.

TÜKİYƏNİN İŞ ADAMLARI İLƏ GRÜŞDƏ NİTQ

(İstanbul, "Suis" oteli, 8 may1997-ci il)

Türkiyə də, biz də böyüuk öndər Mustafa Kamal Atatürkün sözlərini tez-tez xatırlayırıq. O, vaxtilə demişdir ki, Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Biz də deyirik ki, Türkiyənin dərdi bizim dərdimizdir, Türkiyənin sevinci bizim sevincimizdir. Mustafa Kamal Atatürk nə qədər müdrik adamdır! Bu sözləri hələ 30-cu illərdə demişdir. Onda hələ Ermənistanla Azərbaycan arasında belə savaş, münaqişə yox idi, qan tökülmürdü. Ancaq o - böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq.

***

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN "NƏRGİZ TV" TELEVİZİYASININ 1997-Ci İL ÜCÜN "DÜNYADA İLİN ADAMI" MÜKAFATININ TƏQDİM OLUNMA MƏRASİMİ

(13 fevral 1998-ci il)

Həqiqətən böyük Mustafa Kamal Atatürkün vəsiyyəti həm Türkiyə üçün, həm də Azərbaycan üçün eyni xarakter, eyni əhəmiyyət daşıyır. Türkiynin dərdi-qəmi Azərbaycanın dərdi-qəmidir, Azərbaycanın dərdi-qəmi Türkiyənin dərdi-qəmidir.

***

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SÜLEYMAN DƏMİRƏLƏ

(16 aprel 1999-cu il)

Dünyanın ən nüfuzlu mükafatlarından olan Atatürk Beynəlxalq Sülh Mükafatına layiq görülməyimdən hədsiz şərəf və qürur hissi duyuram. Bu mükafat XX əsrin ən böyük tarixi simalarından biri - Türkiyə cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıdığına görə mənim üçün daha qiymətli və əzizdir.

***

Azərbaycanın xarici siyasətində və ilk növbədə Qafqazda apardığı strateji kursunda böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipləri gerçəkləşdirilərək daim həYata keçirilir.

Atatürk mükafatı sarsılmaz Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının parlaq ifadəsi olaraq bizim siyasi-iqtisadi və mədəni əlaqələrimizin daha yüksək mərhələyə çatdırılmasını tələb edir. Əminəm ki, üzümüzə gələn əsrdə Türkiyə-Azərbaycan əlaqələri dünyada gedən iqtisadi inteqrasiya proseslərinə öz layiqli töhfəsini verəcəkdir.

***

Atatürk mükafatı ilə mənim fəaliyyətimə verilən yüksək qiymətə, mənə, Azərbaycan xalqına göstərilən qayğı, diqqət və ehtiramınıza görə Sizə, cənab Prezident, komitə üzvlərinə hədsiz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Böyük öndər Mustafa Kamal Atatürkün şəxsiyyətinə, onun yüksək amallarına və bəşəriyyətə bəxş etdiyi ən dəyərli miras olan Türkiyə Cümhuriyyətinə dərin məhəbbət, hörmət və ehtiramımı ifadə edirəm.

***

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ 1999-CU İL ATATÜRK BEYNƏLXALQ SÜLH MÜKAFATININ TƏQDİM OLUNMASI

(Ankara, 31 oktyabr-2 noyabr 1999-cu il )

Mustafa Kamal Atatürk bəşər tarixinin XX əsrinin ən böyük şəxsiyyətlərindəndir. İstiqalal savaşına başçılıq edərək qalib gəlib Türkiyə Cümhuriyyətini yaratmaqla o, türk xalqına böyük yol açmışdır. Türkiyə Atatürk ideyalarına sadiq olaraq 76 ildir ki, bu yol ilə gedir və böyük nailiyyətlər əldə etmişdir. Qardaş Azərbaycan xalqı Atatürkün şəxsiyyətinə, onun ideyalarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir. Bu gün mən böyük öndər Mustafa Kamal Atatürkün qəbrini böyük qürur hissi ilə ziyarət edirəm.

***

Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq olacağam. Əminəm ki, Atatürk Türkiyəsi əbədiyyətə qədər uğurla yaşayacaqdır.

***

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİ-YEVİN BƏYANATI

Mən Mustafa Kamal Atatürk mükafatı aldım. Bu, mənim üçün ən böyük şərəfdir. Mən Beynəlxalq Sülh Mükafatı aldım. İndi, dəyişən dünyada gedən savaşlar, münaqişələr olduğu bir zamanda, Azərbaycan özü də 1988-ci ildən Ermənistan təcavüzü nəticəsində müharibə, savaş içində olduğu bir zamanda mənim barış, sülh sahəsində gördüyüm işlərə verilən bu yüksək qiymət məni çox sevindirdi. Bu da mənim üçün çox qiymətlidir.

***

Mən bir çox digər ölkələrin də mükafatlarını, nişanlarını almışam. Ancaq Türkiyə cümhuriyyətinin mükafatını, Türkiyə cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq və xüsusən sülh adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu mükafat mənim indiyə qədər aldığım mükafatların hamısından yüksək, qiymətlidir.

Mustafa Kamal Atatürk Beynəlxalq Sülh Mükafatının yüksək qurumunun bu mükafatın mənə verilməsi haqqında qəbul etdiyi qərar - bu quruma hörmətli Baş nazir rəhbərlik edir - böyük tarixi əhəmiyyət kəsb edən bir qərardır. Ona görə mən bu qurumun üzvlərinin hamısına öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.

***

Mustafa Kamal Atatürk XX əsrin dünyada ən böyük şəxsiyyətlərindən biridir. Zaman keçdikcə onun şəxsiyyətinin nə qədər böyük olduğu daha da hiss ediləcəkdir, dərk olunacaqdır, bilinəcəkdir.

***

Mustafa Kamal Atatürk böyük istedadlı insan olmuş, onun istedadı gənc vaxtlarından özünü göstərmişdir. O hələ Türkiyə cümhuriyyətini qurub-yaradana qədər də böyük qəhrəmanlıqlar göstərmiş, istiqlal savaşına başçılıq etmiş və Birinci Dünya müharibəsindən sonra Osmanlı imperatorluğu dağılan zaman Türkiyəni dağıtmaq, parçalmaq, məhv etmək istəyən ölkələrin, qüvvələrin hamısının qarşısının alınmasını təşkil etmiş və buna nail olmuşdu.

***

Mustafa Kamal Atatürkün ən böyük xidməti Türkiyə cümhuriyyətini yaratmasıdır. Biz bəlkə bu gün bunu adi hadisə kimi qəbul edə bilərik, ancaq heç də yox. Bu, heç də adi hadisə deyildi. Türkiyənin Osmanlı imperatorluğunun 700 illik fəaliyyəti şəraitində, onun təsiri altında yaşamış insanlarını cümhuriyyət qurmağa sövq etmək, cəlb etmək və bu cümhuriyyəti qurmaq, yaratmaq və onu yaşatmaq Mustafa Kamal Atatürkün çox böyük xidmətidir, demək olar ki, tarixi xidmətidir. Zaman, əsrlər keçəcək, türk xalqı, türkköklü, türkdilli xalqlar, türk dünyası bunu heç vaxt unutmayacaqdır.

***

1923-cü ildə böyük öndər Mustafa Kamal Atatürk tərəfindən yaranmış Türkiyə cümhuriyyəti 76 ildir ki, yaşayır. Bəşər tarixi çox böyük insanları meydana çıxarıbdır. Onlar inqilablar edib, dövlətlər yaradıb və millətləri üçün böyük işlər görüblƏr. Ancaq onların çoxu sonra uğursuz olubdur. Onların gördükləri işi davam etdirənlər olmayıbdır. Onların gördüyü iş yəqin ki, gələcək üçün o qədər dəyərli olmadığı üçün yaşamayıbdır. Ancaq Mustafa Kamal Atatürkün ən böyük nailiyyəti bir də ondan ibarətdir ki, onun qurduğu, yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türkiyə cümhuriyyəti o, həyatdan gedəndən sonra 60 ildir yaşayır, inkişaf edir və onun vəsiyyətlərini həyata keçirir, işinə sadiqliyini göstərir, onun yolu ilə gedir.

***

Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəklərə qaldırmışdır.

***

Mustafa Kamal Atatürkün ən böyük xidmətlərindən biri də odur ki, o, Türkiyədə güclü ordu yaratmışdır. Türkiyə ordusu güclü ordudur. Bunu Mustafa Kamal Atatürk yaradıbdır. Mən bu gün böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, türk ordusu, türk əsgəri Mustafa Kamal Atatürkün ideyalarına, onun vəsiyyətinə, yoluna daim sadiq olmuşdur.

***

Mustafa Kamal Atatürk təkcə Türkiyə üçün yox, bütün dünya türkləri üçün, türk dünyası üçün də çox düşünmüşdür.

***

1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi, onu bərpa etdi. yəni Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. O, hələ o vaxt görürdü ki, Azərbaycan və türkdilli digər xalqlar - Orta Asiya xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, öz azadlıqlarına nail olacaqlar. Biz buna nail olduq.

***

Mustafa Kamal Atatürkün həyatı, yaradıcılığı, onun qoyduğu irs sizin üçün örnəkdir və bizim üçün, Azərbaycan üçün də böyük örnəkdir. Biz özümüzü sizdən ayırmırıq.

YOLA SALMA MƏRASİMİNDƏ HEYDƏR ƏLİYEVİN BƏYANATI

(Ankara,2 noyabr 1999-cu il)

Hörmətli dostum, qardaşım Süleyman Dəmirəl mənə Türkiyənin, Türkiyə Cümhuriyyətinin Atatürk Sülh Mükafatını təqdim etdi. Bu, müstəqil Azərbaycan dövlətinə, artıq 8 ildir ki, öz müstəqilliyini qoruyub saxlayan və inkişaf etditrən Azərbaycan dövlətinə verilən mükafatdır. Bu, bütün Azərbaycan vətəndaşlarına verilən mükafatdır.

***

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVLƏ MÜSAHİBƏ

Mustafa Kamal Atatürk XX əsrin dünyada ən böyük şəxsiyyətlərindən biridir. Dövlət adamı kimi, siyasət adamı kimi və dövlət başçısı kimi. Ölümündən 60 il sonra da Türkiyə xalqı onun qoyduğu yol ilə gedir. Görün yol nə qədər doğru-düzgün qurulub ki, o yoldan nə sağa, nə də sola dönmək mümkün deyil. Bu, Mustafa Kamal Atatürkün müdrikliyini göstərir, dahiliyini göstərir, öz xalqına böyük xidmətlərinin nəticəsini göstərir.

***

Yalnız Mustafa Kamal Atatürkün iradəsi, ağlı, zəkası, qəhrəmanlığı, müdrikliyi ona imkan verdi ki, türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət yaratsın. Onu da Mustafa Kamal Atatürk yaratdı.

***

Bilirsiniz ki, Türkiyəni o vaxt parçalamaq istəyirdilər. Mustafa Kamal Atatürkün başçılığı ilə, onun başqanlığı, rəhbərliyi ilə aparılan qurtuluş savaşı türk xalqını bütün bu ölkələrin Türkiyəyə qarşı yönəldilmiş cəhdlərindən xilas etdi.

***

Mustafa Kamal Atatürk şəxsiyyəti bir də ona görə qiymətlidir ki, həm Türkiyə xalqı üçün, həm bütün türk dünyası üçün, həm də bütün dünya üçün o, qurub-yaratdığı cümhuriyyəti yaşada bilibdir.

***

Mustafa Kamal Atatürk Cümhuriyyəti yaratdı, onun təsislərini yaratdı, cümhuriyyəti qaldırdı, xalqı qaldırdı və ondan sonra da cümhuriyyəti, ölkəsini etibarlı əllərə tapşırdı.

***

Mustafa Kamal Atatürkün böyüklüyü bir də ondan ibarətdir ki, islam dininin təsiri altında yaşamış və islam dininin hakim olduğu bir dövlətdən çıxan yeni bir dövlət, məhz dünyəvi dövlət qurubdur. Siz ona layiq dövlət deyirsiniz ki, biz Azərbaycan dilində ona dünyəvi dövlət deyirik. Bu da Mustafa Kamal Atatürkün o cümhuriyyəti qurarkən ən böyük nailiyyətlərindən biridir.

***

Mustafa Kamal Atatürk bu barədə çox böyük iş görübdür. Hesab edirəm ki, ötən 75 il ərzində Türkiyə xalqı bu istiqamətdə böyük bir məsafə qət edibdir. Türkiyə xalqını bundan sonra da irəliyə yalnız Mustafa Kamal Atatürkün qoyduğu yol, onun müəyyən etdiyi prinsiplər aparacaq, o cümlədən, Türkiyə Cümhuriyyəti dünyəvi dövlət olaraq inkişaf edəcəkdir.

***

Bu da Mustafa Kamal Atatürkün dahiliyidir və eyni zamanda o, bütün islam dünyasına nümayiş etdirib, göstəribdir ki, islam dinindən imtina etmədən, islam dinini xalqın mənəvi dəyərləri hesab edərək dünyəvi bir dövlət qurmaq olar. Yəni bunlar heç vaxt bir-birinə zidd deyildir.

***

Mustafa Kamal Atatürk bu yolu qoyubdur. Yəni islam dinindən heç kəs imtina etmir. İslam dini bizim mənəvi mənbəyimizdir. Əsrlər boyu bizim xalqlarımız - Türkiyə də, Azərbaycan da islam dininə itaət edibdir.

***

1992-ci ildə mərhum Turqut Özal və mənim dostum, qardaşım hörmətli Süleyman Dəmirəl məni İzmir İqtisadi Konqresinə dəvət etdilər. Mən onda bildim ki, 1923-cü ildə Atatürk Birinci İqtisadi Konqersi keçiribdir və iqtisadiyyatın inkişaf etməsinin yollarını göstəribdir. 1992-ci ildə keçirilən üçüncü İqtisadi Konqres idi. Ona görə iqtisadiyyat sahəsində, dövlətçilik sahəsində də o, çox ağıllı yollarla gedibdir.

***

Şübhəsiz ki, Mustafa Kamal Atatürkün ərəb əlifbasından imtina edib, latın əlifbasına keçməsi də türk xalqı üçün böyük bir nailiyyət oldu, xalqın gələcəyi, mədəniyyəti üçün böyük yollar açdı.

***

Biz Azərbaycanda Mustafa Kamal Atatürkü həmişə böyük bir qəhrəman kimi tanımışıq.

***

Avropalılar güman etməsinlər ki, düünyəvilik yəancaq onlarındır, onlara məxsusdur, başqalarında ola bilməz. Mustafa Kamal Atatürkün gördüyü işlər, şübhəsiz ki, burada da öz təsirini göstəribdir.

***

Atatürkün ən böyük mirası Türkiyə Cümhuriyyətidir. O, 75 ildən çoxdur ki, yaşayır və şübhəsiz ki, Mustafa Kamal Atatürkdən sonra altmış il içərisində onun işinin davamçılarının fəaliyyəti nəticəsində, onların çox böyük işlərinin nəticəsində cümhuriyyət çox yüksəlmişdir. Türkiyə böyük, qüdrətli bir dövlətə çevrilmişdir. Budur Mustafa Kamal Atatürkün mirası! Qüdrətli, güclü, iqtisadi cəhətdən inkişaf etmiş, dünya miqyasında çox gözəl bir yer tutmuş Türkiyə cumhuriyyəti ! Budur Mustafa Kamal Atatürkün mirası!

***

HEYDƏR ƏLİYEVƏ İSPARTA UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADININ VERİLMƏSİ MƏRASİMİ

(28 noyabr 1999-cu il)

Mən İspartanı gördüm, həm də xalq ilə görüşdüm, xalqın öz dövlətinə, öz prezidentinə, onun qonaqlarına və böyük öndər Mustafa Kamal Atatürkün qoyduğu yola nə qədər məhəbbətli, sədaqətli olduğunu gözlərimlə gördüm.

***

Bu gün mənə fəxri doktor adı verildi. Bu, mənim üçün həqiqətən böyük şərəfdir. Mən həyatımda çox böyük mükafatlar, dövlət nişanları almışam. Ancaq noyabrın 1-də Ankarada mənə böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatının verilməsini mən həyatımda ən yüksək hadisə hesab edirəm və bu nişanı böyük iftixar hissi ilə daşıyıram.

***

Təsadüfi deyil ki, mənə Atatürk Beynəlxalq Sülh Mükafatı verilibdir. Mən bundan sonra heç vaxt müharibə edə bilmərəm. Ancaq biz torpaqlarımızın ermənilərin əlində qalmasına da imkan verə bilmərik.

***

Mən əmin olduğumu bildirirəm ki, Türkiyə cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə əbədi olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki, bu yolla gedəcək, o qədər də uğurlar əldə edəcəkdir.

Yaşasın qəhrəman türk xalqı!

Yaşasın Atatürk Türkiyə Cümhuriyyəti!

Yaşasın əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğu!

***

HEYDƏR ƏLİYEVƏ ANKARA UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMƏSİ MƏRASİMİNDƏ ÇIXIŞ

(15 mart 2001-ci il )

Mənim təşəbbüsümlə Azərbaycanda böyük Atatürkün irsinin öyrənilməsi, araşdırılması mərkəzi yaradılıbdır. Bu mərkəz müstəqil bir təşkilat olacaqdır. Həm Elmlər Akademiyasının, həm də ölkəmizin bütün universitetlərinin bu sahədə ən bilikli adamları buraya toplaşacaqdır. Mən də - Azərbaycan Prezidenti də bu mərkəzin fəxri başqanıyam. Güman edirəm ki, bu mərkəz Azərbaycan ilə Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha elmi nöqteyi-nəzərdən araşdıracaq və meydana çıxaracaqdır. Bu, geniş işbirliyi yaratmaq üçün bir daha imkanlar verəcəkdir.

***

Bilirsinizmi, əziz dostlar, mən həyatımda çox mükafatlar almışam. Burada həyatım haqqında qısa məlumatlar verildi, hər halda, həyatımda çox işlər də görmüşəm, çox problemlərlə də rastlaşmışam. Ancaq mükafatlar çox almışam, həm Sovetlər Birliyinin, həm də bir çox ölkələrin mükafatlarını almışam. Bu mükafatlar içərisində mənim üçün ən yüksək mükafat 1999-cu ildə Türkiyə tərəfindən verilmiş Atatürk Beynəlxalq Sülh Mükafatıdır. Mən bunu özüm üçün böyük şərəf hesab edirəm və bu adı həyatımın sonuna qədər böyük fəxrlə daşıyacağam.

***

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRMƏRƏ QRUPU VƏQFİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

(23 avqust 2002-ci il)

Siz mənə "Baş müəllim Atatürk" mükafatını verdiniz. Bu, böyük bir mükafatdır. Siz bilirsiniz ki, mən Atatürk adına Beynəlxalq Sülh Mükafatı laureatıyam. Onu mənə Ankarada təqdim etdilər. İndi isə siz məni Baş müəllim adlandırırsınız. Mən bunu məmnuniyyətlə qəbul edirəm, çünki Atatürkün ideyalrını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və prezident kimi mənim fəaliyyətimdə çox mühüm yer tutur. Təsadüfi deyil ki, mən Azərbaycanda Atatürk Mərkəzi Yaratdım. Siz bunu bilirsiniz, orada böyük işlər görüləcəkdir.

Türkiyə cümhuriyyətinin yaradıcısı Atatürk elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan, yenə də azdır. Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri də görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətəri aşkara çıxaracaqdır.

Belə çıxır ki, mən də bu sahədə öyrətmənlik, müəllimlik etməliyəm. Baş müəllim kimi, gərək başqa müəllimlərə də öyrədim ki, Atatürk ideyalarını necə həyata keçirmək lazımdır. Mənə təqdim etdiyiniz bu hədiyyə də çox qiymətlidir. O mənada yox ki, bunun müəyyən maddi dəyəri var, bu mənada ki, siz Azərbaycanın cümhur başqanı kimi məni Atatürklə bir yerdə təsvir edibsiniz və gözəl ornament içində göstəribsiniz.

Mən sizə təşəkkür edirəm. Düzdür, mənim Atatürklə yan-yana şəklim olmayıbdır. Çünki mən Atatürkün yanında olmamışam, özüm də öz şəklimi Atatürkün şəklinin yanına qoya bilmərəm. Amma siz bunu etmisiniz. Çox təşəkkür edirəm.

***

HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ HÜSEYN KIVRIKOĞLU İLƏ GÖRÜŞÜ

Böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti var idi. 1920-ci illərdə Türkiyə ilə Sovetlər Birliyi arasında hətta dostluq münasibətləri var idi. Hətta o vaxt Mustafa Kamal Atatürklə Sovetlər Birliyinin başında olan Lenin arasında əlaqələr var idi. İdi bunlar yoxdur.

***

Məndə o vaxt da belə düşüncələr var idi və bu gün də var ki, türk ordusu - Mustafa Kamal Atatürk tərəfindən yaradılmış və onun yolu ilə gedən, onun vəsiyyətlərinə əməl edən, bunları yerinə yetirən türk ordusu həmişə güclü, qüdrətli bir ordu olubdur.

***

Mən söylədim, Türkiyənin ordusu Türkiyənin ən böyük nailiyyətidir. Bunun da əsasını böyük öndər Mustafa Kamal Atatürk qoymuşdur. Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik.

Mən çox məmnunam ki, iki il bundan öncə mənə burada Mustafa Kamal Atatürk adına Beynəlxalq Sülh Mükafatı verilmişdi. Mən bununla fəxr edirəm. Mənim medallarım, ordenlərim çoxdur. Amma Mustafa Kamal Atatürkün adına olan Beynəlxalq Sülh Mükafatı mənim üçün çox əzizdir və çox yüksəkdir.

Mən Bakıda böyük bir məkəz - Azərbaycanda Atatürk Mərkəzi yaratmışam. Atatürkün həyatı, onun yaratdığı Türkiyə Cümhuriyyətinin tarixi və xüsusən, Türkiyə cümhuriyyətinin qəhrəman ordusunun tarixi böyük araşdırmaların mövzusudur. Bundan əsərlər yaradılmalıdır. Çünki bunlar təkcə sizin üçün yox, bugünkü nəsillər üçün yox, gələcək nəsillər üçün də çox dəyərlidir, çox lazımdır.

***

Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalqı qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birincisi, Türkiyə cümhuriyyətinin yaranması, ikincisi, türk ordusunun yaranmasıdır.

***

Dörd il müddətində görmüşəm ki, əziz dostum, Hüseyn Kıvrıkoğlu Türkiyə ordusunun, Mustafa Kamal Atatürk ordusunun ən dəyərli yüksək generallarından biridir və baş qərargah rəisi vəzifəsini yerinə yetirən bir insandır.

***

Ümidvaram ki, Mustafa Kamal Atatürkün əsgəri olaraq Siz (H. Kıvrıkoğlu - Red.) Türkiyənin Silahlı Qüvvələrində daim xidmətdə olacaqsınız və bundan sonra da Türkiyə-Azərbaycan dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edəcəksiniz.

***

ANKARADA AZƏRBAYCAN SƏFİRLİYİ ÜÇÜN TİKİLMİŞ BİNANIN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

(02 avqust 2002-ci il)

İbrahhim Əbilov Mustafa Kamal Atatürkün yaxın dostu olubdur, onunla çox yaxşı əməkdaşlıq edibdir və hələ o vaxt Azərbaycanın Türkiyə ilə əlaqələrini yaratmağa çalışıbdır.

***

TÜRKİYƏNİN ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ SƏDRİ RƏCƏB TAYYİB ƏRDOGANLA GÖRÜŞDƏKİ NİTQ

(8 yanvar 2003-cü il)

Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti 1923-cü ildən indiyə qədər böyük yol keçibdir. Bu yol çox şərəfli yoldur .

***

Çox məmnunam ki, Bakıda mənim təşəbbüsümlə Azərbaycan Atatürk Mərkəzi artıq fəaliyyət göstərir. O vaxt mənə Beynəlxalq Atatürk Sülh Mükafatı veriləndən sonra düşündüm ki, bunu etmək lazımdır. Və buna da böyük ehtiyac varmış.

Mən çox böyük bir professoru Mərkəzə başqan təyin etdim. O, bizim parlamentin deputatıdır. Orada başqa adamlar da var. Onlara çox qədim, gözəl bir bina vermişəm.

(11.01.2002)

HHEYDƏR ƏLİYEVİN TÜRKSOY TƏŞKİLATININ XIX TOPLANTISININ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞDƏ ÇIXIŞI

(6 fevral 2003-cü il)

Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir. Mən Azərbaycanda Atatürk Mərkəzi Yaratmışam. Çünki Atatürk təkcə Anadolu türklərinin deyil, o bizim hamımızındır. Mən Anadolu türk dilinin nə qədər ağır vəziyyətdə olduğunu bilirdim. Əgər Atatürk dil haqqında qərar qəbul etməsəydi bu gün belə gözəl Anadolu türkcəsi olmazdı. Ona görə dil, dil, bir də dil.