You need to upgrade your Flash Player or to allow javascript to enable Website menu.
Get Flash Player
 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında

Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutuduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə qərara alıram:

1. Azərbaycanda Atatürk Mərkəzi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti Atatürk Mərkəzinin fəxri sədridir.

3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, Atatürk Mərkəzinin statusu, strukturu və ştat vahidlərini müəyyən etməklə onun Nizamnaməsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Dövlət Əmlakı Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Atatürk Mərkəzi üçün bina ayrılması məsələsini bir ay müddətində həll etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələlələri həll etsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, " 9 " mart 2001-ci il
No 641


N.Q.Cəfərovun Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nizami Qulu oğlu Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 04 iyul 2001-ci il, No 752

 

Azərbaycanda Atatürk Mərkəzinin açılış mərasimi

Aprelin 10-da memarlıq baxımından olduqca gözəl bir binada Azərbaycanda Atatürk Mərkəzinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdən öncə Mərkəzin kollektivi ümummilli lider, Mərkəzin yaradıcısı və ilk fəxri sədri Heydər Əliyevin qəbrini ziyarət edib, məzarı üzərinə əklil qoydu. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Tədbirdə Türkiyədən tanınmış elm, incəsənət adamları, o cümlədən Türkiyə Respublikasının dövlət naziri Bəşir Atalayın başçılıq etdiyi nümayəndə heyəti gəlmişdi. Ölkəmizin həyatında əlamətdar hadisəyə həsr olunmuş mərasimi Mərkəzin müdiri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nizami Cəfərov açdı. O, Mərkəzin ötən 3 ildə gördüyü işlərdən və keçirdiyi tədbirlərdən yığcam söhbət açdı, perspektiv planlardan danışdı. Türkiyənin dövlət naziri B.Atalay, Türkiyə Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural Atatürk irsinin Azərbaycanda öyrənilməsini və tədqiqi sahəsində mərhum prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd etdilər. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev nitq söylədi. Dövlət başçısı ümid etdiyini bildirdi ki, Mərkəzdə Atatürkün tarixi xidmətləri dərindən öyrəniləcək və təbliğ olunacaqdır. Bu işdə Mərkəzə uğurlar arzuladı. Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və dövlət naziri B.Atalay Mərkəzin rəsmi açılışını bildirən qırmızı lenti kəsdilər. Dövlətimizin başçısı qonaqlarla birlikdə Mərkəzin ayrı-ayrı otaqlarını gəzdi. Burada buraxılmış nəşrlərlə tanış oldu, məsləhətlərini verdi. Azərbaycan Respublikası Prezidentinin İcra aparatının rəhbəri Ramiz Mehdiyev, Prezidentin İcra aparatının şöbə müdiri Fatma Abdullazadə, nazirlər, xarici ölkələrin Azərbaycandakı səfirləri mərasimdə iştirak edirdilər. Açılış mərsasimdəki çıxışların tamamı.......


 

Email: info@ataturk.az